Elçin Əlibəylidən arvadı tərəfindən döyülməsi xəbərinə REAKSİYA - YENİLƏNİB

Elçin Əlibəylidən arvadı tərəfindən döyülməsi xəbərinə REAKSİYA - YENİLƏNİB
19 Noy 2019 17:15

16:58

Tanınmış teleaparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi xəbəri yayılıb.

Realpress.az bildirir ki, qalmaqallı olayla bağlı oxu.az-ın əməkdaşı E.Əlibəyli ilə əlaqə saxlayıb.

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, həyat yoldaşının magistratura təhsili ilə bağlı hazırda Türkiyədə olduğunu deyib. 

"Mətbuata mənimlə bağlı hər gün bir məlumat sızır. Səhhətim yerimdədir, hər şey qaydasındadır. Mən niyə döyülməli, söyülməliyəm? Bir gün məni kanaldan çıxarırlar, daha sonra verilişdən çıxarırlar. Bizim mətbuatda nə var?

Mövzu bitəndə Elçin Əlibəyli qırsaqqızdır, ondan yapışırlar. Bu, yalan informasiyadır. Belə bir şey yoxdur. Mənim həyat yoldaşım hazırda Türkiyədə magistr təhsili alır. Mənim yoldaşımla nə işim var ki?

Yəqin, bu məlumatı yayan həmin bölmədə hamı içib, ayıq adam yoxdur. Mən Nəsimi Rayon 20-ci Polis Bölməsinin yerini belə tanımıram. Mən heç Heydər Əliyev prospektinə getmirəm, çünki orada sıxlıq olur".

Əvvəl yayılan məlumata görə, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

----------
16:10

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Realpress.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.