Smartfon və digər cihazların elastik ekranları üçün plastik şüşə hazırlanıb

Smartfon və digər cihazların elastik ekranları üçün plastik şüşə hazırlanıb
19 Noy 2019 17:07

Tampere Universitetinin fizikləri tərəfindən şüşəyə bənzər alüminium oksidindən hazırlanmış incə plyonkalar sıxılmaq, dartılıb uzadılmaq və əyilmək xüsusiyyətlərinə malikdir. Bu, gələcəkdə smartfonlar üçün möhkəm və elastik ekranlar hazırlamağa imkan verəcək. Amma araşdırmanın müəllifləri bildiriblər ki, hazırkı formada bu metod irihəcmli məmulatların hazırlanması üçün tətbiq edilə bilməz. Tədqiqat “Science” jurnalında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, son ildə smartfon istehsalçıları tez-tez elastik ekranla təchiz edilmiş qurğular təqdim edirlər. İndi bunun üçün molekulları bir-birinə zəif bağlı olan polimer şüşədən istifadə olunur. Bir tərəfdən, polimer şüşə möhkəmdir, asanlıqla əyilir və sıxılır, digər tərəfdən isə onda tez cızıq yaranır.

 

Adi, mineral şüşədə, əksinə, molekullar bir-birinə möhkəm bağlıdır. Belə şüşə bərkdir, amma öz formasını (əymək, sıxmaq mümkün deyil) dəyişmir.

 

Alimlər bərkliyi və möhkəmliyi bir materialda birləşdirmək üsulunu axtarıb tapıblar. Alüminium amorf oksidindən hazırlanmış şüşənin sınaqları zamanı məlum olub ki, belə material dartılıb uzadılmaq və sıxılmaq qabiliyyətinə malikdir, həm də bu halda heç bir çat yaranmır.

 

Belə şüşənin istehsalı çox vaxt aparan və bahalı prosesdir, buna görə hələ ki texnologiya yalnız laboratoriya şəraitində mövcuddur.



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.