Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi - YENİLƏNİB

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi - YENİLƏNİB
19 Noy 2019 17:00

Həyat yoldaşı tərəfindən döyüldüyü xəbəri yayılan Elçin Əlibəyli məsələ ilə bağlı açıqlama yayıb.

Realpress.az xəbər verir ki, Əlibəyli belə bir xəbərin yazılmasını xəbər saytlarının ona qarşı kampaniyaya başlaması ilə əlaqələndirib:

"Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!"

16:14:31

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.