“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib

“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib
19 Noy 2019 14:05

Google" şirkəti Sakit okeanın dibi ilə "Curie" adlı yüksəksürətli optik lif kabelinin çəkilişini başa çatdırıb. Kabel şirkətin ABŞ-ın Los-Anceles və Çilinin Valparaiso şəhərlərində yerləşən məlumat emalı mərkəzlərini birləşdirib. Beynəlxalq layihə fizik alim, 1903-cü ildə Nobel mükafatına layiq görülən ilk qadın Mariya Sklodovskaya-Kyurinin şərəfinə adlandırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, uzunluğu 10 500 kilometr (siqnal hər 100 kilometrdə güclənir) təşkil edən internet kabelinin ümumi buraxılış qabiliyyəti 72 terabit/saniyəyə çatır. "Curie" kabel xəttinin 2020-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

 

Məlumata görə, "Curie" hər biri 18 Tbit/saniyəlik və şlanq qalınlığında olan dörd optik lif cütündən ibarətdir. Lakin daha böyük etibarlılıq üçün kabelin ətrafı qalın polad, mis naqillər və qoruyucu təbəqə ilə sarılıb. "Google" nümayəndələrinin sözlərinə görə, xətt ətraf mühit üçün tam təhlükəsizdir.

 

Optik lif xətti vasitəsilə şirkətin trafikinin 98 faizi ötürülür. Lakin Çili kimi regionlarda şirkət mövcud kabellərdən istifadə edə bilməz – onların buraxılış qabiliyyəti zəifdir, miqyaslılığı məhduddur, istismar müddəti isə başa çatır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.