Qəbizliyin müalicəsi

Qəbizliyin müalicəsi
19 Noy 2019 13:09

Açaq sözlər: qəbizlik, ağırlaşmaları, müalicə və profilaktikası.

Qəbizlik çox yayılmış problem olub, 80% insanın həyatı boyu rast gəlinir. Amerika Birləşmiş Ştatlarında qəbizliyin müalicəsinə görə hər il 2.5 milyondan çox müraciət olur ki, bu zaman işlədici preparatlara 800 milyon dollardan çox vəsait xərclənir. Bütün yaşlarda olan insanlar qəbizlikdən əziyyət çəkir. Bu problemin riski 65 yaşından yuxarı kişi və qadınlarda kəskin artır.

Qəbizliyin əsas səbəbləri. Böyüklərdə qəbizliyin əsas səbəbi bunlardır: aşağı lifli pəhriz, kifayət qədər su qəbulunun olmaması, oturaq həyat tərzi, defekasiya çağırışının dəf edilməsi, işlədicilərin həddən artıq istifadəsi, dərmanların əlavə təsiri, düz bağırsaqda olan ağrı və ya diskomfort.

Qəbilziyini əsas formaları və əlamətləri. Klassik təsnifat və praktik nöqteyi-nəzərdən qəbizliyin formalaşmasının mexanizmləri bunlardır: üzvi, funksional, proktogen. Qəbizliyin əlamətlərinə aiddir: həftədə 3 dəfədən az defekasiya; xırda, bərk, quru nəcis; defekasiya zamanı həddən artıq gücənmə; düz bağırsaqda natamam boşalma hissi; imalə, işlədici vasitələrin mütəmadi istifadəsi.

Qəbilziyin əsas ağırlaşmaları. Qəbizlik zamanı koprostaz (nəcis kütlələrinin bərkiməsi) ciddi ağırlaşmadır. Bütün qruplarda rast gəlinsə də, ən çox yataq xəstələrində olur. Koprostazın fəsadları: iştahanın itməsi, dispeptik pozulmalar, abdominal ağrı, mexaniki bağırsaq keçməməzliyi, ikincili kolit, proktosiqmoidit.

Qəbizliyin müalicəsi və profilaktikası: qəbizliklə müşayiət olunan əsas xəstəliyin standart müalicəsi kifayət etmədikdə, həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaq üçün müvafiq simptomatik müalicə aparılır. Qəbizliyin əsas müalicə prinsipləri: pəhriz, fiziki aktivlik, əsas xəstəliyin müalicəsi, dərmanların əlavə təsirinin aradan qaldırılması, işlədici vasitələrin istifadəsi. Qəbizliyin müalicənin birinci mərhələsində qidada bitki mənşəli qida liflərinin miqdarı artırılmalıdır. Qida liflərindən istifadənin artırılması ilə xəstələrin əksəriyyətində əlamətlərin azalmasını əldə etmək olar. Normal peristaltikanı dəstələmək üçün hər qida qəbulundan sonra 15 dəqiqə ərzində kifayət qədər fiziki aktivlik lazımdır. "Günahkar" dərman vasitələrinindən imtina etmək (mümkün olduqda) məqsədəuyğundur. Əgər qəbizlik aradan qalxmırsa, nəcisi xaric etmək üçün bağırsaqlara kömək edən işlədici vasitələrdən istifadə olunmalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.