“Samsung Galaxy Note10 ” smartfonunun xüsusi versiyası təqdim edilib

“Samsung Galaxy Note10 ” smartfonunun xüsusi versiyası təqdim edilib
19 Noy 2019 11:37

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note10 ” smartfonunun “Star Wars” (“Ulduz müharibələri”) filminin tərtibatı üslubunda xüsusi versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, dəyişikliklər təkcə dizaynla məhdudlaşmayıb – məhdud buraxılışlı qurğu lazer qılınca bənzəyən elektron qələm və seriya üçün unikal tematik rəqəmli kontent ilə təchiz olunub.

 

Məlumata görə, qurğu dekabrın 20-də ekranlara çıxacaq fantastik filmin yeni hissəsinin buraxılışına həsr edilib. Smartfonla yanaşı, alıcılara brend çexol, kolleksiya metal nişanı və “Galaxy Buds” simsiz qulaqcığı təklif olunacaq.

 

“Star Wars” filminin həvəskarları üçün məxsusi olaraq yeni model “Ulduz müharibələri” üslubunda tematik şəkillər, xüsusi nişan və səs sistemləri dəsti, eləcə də qurğunun söndürülməsi üçün eksklüziv animasiya ilə təchiz edilib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.