Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq
18 Noy 2019 17:22


Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıda heykəli ucaldılacaq.

Realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, heykəlin ucaldılması istiqamətində müvafiq işlər aparılır:

“Heykəlin ucaldılacağı yer hələlik müəyyən edilməyib. Ekspertlərin verəcəyi rəylə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq.

Buna zaman lazımdır. Heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. Heykəlin kim tərəfindən hazırlanacağı məlum olduqdan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq”.

V.Əliyev qeyd edib ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır.

Qeyd edək ki, bu gün yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də iştirak edib. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.