Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - TƏKLİF + VİDEO

Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - TƏKLİF + VİDEO
18 Noy 2019 16:47

Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alsınlar - TƏKLİF + VİDEO


Dünyada gəlir sahibinin ölçüsü onun verdiyi vergi ilə ölçülür. Məsələn, Türkiyədə ən güclü müğənni daha çox vergi ödəyəndir. O da cəmiyyət içərisində bununla fəxr edir.

Realpress.az xəbər verir ki, bu sözləri “Real” TV-yə açıqlamasında müğənnilərin vergi ödəməsi məsələsi ilə bağlı İqtisad elmləri doktoru Zahid Məmmədov deyib. 

O, məşhurların vergi ödəməsi ilə bağlı qanunlarda dəyişiklik ediləcəyi ilə bağlı məlumat verib:

“İnsan yaşadığı lüks həyat qarşılığında vergi ödəmirsə, istifadə etdiyi mülkü əlindən alırlar. Onda necə isbat edəcəksən ki, bu mal, mülk sənindir? Vergi ödəmədən bunlara necə sahib oldun? Kim hədiyyə etdi?

O, vergi ödədimi? Mülk sahibi torpaq, sərvət, gəlir, dividend, mənfəət vergisi, əməkhaqqı ödədimi? Bu, dəyişilməlidir. Biz sahibkarlardan heç nə tələb etmirik, bir tək tələb vergiləri ödəməyinizdir  Biz artıq vergi mədəniyyətini gətirməliyik. Hamı bilməlidir ki, vergisini ödəməyənin problemi var”.

Z.Məmmədov vergi ödəməyən məşhurlara səslənərək, onların idarə etdikləri avtomobilləri və yaşadığı evləri əlindən almaq kimi təhlükə ilə üzləşəcəklərini bəyan edib:

“Kim ki deyir, mənə 30 min pul gətir, həmin insan ki ona o qədər məbləği verir, o mütləq şəkildə vergi orqanlarına müraciət edəcək. Yoxlanılacaq həmin şəxs vergini ödəyir, yoxsa ödəmir.

Gecə-gündüz özünü göstərənlər, zənginliyini təbliğ edənlər niyə vergi ödəməsin ki? 100-200 minlik maşın sürən insan vergi verməlidir. Maşınını, evini əlindən alacağıq. Ondan sonra isbat etsin ki, bu, mənim avtomobilim və evimdir. Vergi ödəməyən bizlərdən biri deyil. Bu mövzuda hamı maarifləndirilməlidir. Zənginliyi təbliğ edənlər örnək olmalıdır hamıya”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.