Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib

Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib
18 Noy 2019 16:06

Xüsusi avadanlıq olmadan qısa müddətdə “3D” xəritə hazırlamaq çətindir. ABŞ-ın Ordu Mühəndislər Korpusu tərəfindən hazırlanmış yeni fotoqrammetriya texnologiyası bir neçə dəqiqə ərzində adi aerofotoşəkillər əsasında dəqiq xəritələr hazırlamağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, fotoqrammetriya – bu proses zamanı eyni ərazinin bir neçə təsviri bir-birilə müqayisə edilir, sonra həmin şəkillərdən “3D” xəritələr hazırlanır (obyektlərin bütün ölçüləri yalnız şəkillər əsasında müəyyənləşdirilir). Bu, populyar metoddur, amma əksər hallarda bu proseslə insanlar məşğul olur.

 

Virciniyada yerləşən Coğrafi Məkan Tədqiqatlar Laboratoriyasının alimi Riki Massaro real vaxt rejimində insanın nəzarəti olmadan aerofotoşəkilləri dəqiq “3D” xəritələrə çevirməyə imkan verən yüksək səmərəli fotoqrammetrik metod hazırlayıb.

 

Kentukkidə Fort-Kempbel təlim poliqonu üzərindən uçan ABŞ aviasiyası artıq sistemi sınaqdan keçirib və təlimlərin keçirilməsi üçün istifadə edilən şəhərin imitasiyasını xəritəyə əlavə edib. Bundan sonra “3D” xəritə hazırlanıb. Ordu artıq bu sistemdən istifadəyə qərar verib.

 Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.