Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO

Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO
18 Noy 2019 11:41


Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb.

Realpress.az-ın verdiyi xəbərə görə, ölkənin ən böyük axtarış sistemləri olan “Naver” və “Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub.

Sıralamada ilk yerdə “Bakı”, ikinci yerdə isə “Azərbaycan” sözləri yer alıb.

Buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub.

“Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb.

Verilişin anonsunun yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb.

Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.