Siyəzəndə ağır qəza: 2 nəfər öldü, bir nəfərin vəziyyəti ağırdır

Siyəzəndə ağır qəza: 2 nəfər öldü, bir nəfərin vəziyyəti ağırdır
18 Noy 2019 11:22

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Realpress.az Trend-ə istinadən bildirir ki, hadisə ötən gecə rayonun Zarat kəndində qeydə alınıb. Yük və minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar təcili tibbi yardımla Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Xəsarət alanlar 1991-ci il təvəllüdlü Savalanov Hümbət Sayəddin oğlu, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və 1987-ci il təvəllüdlü Əliyeva Oksana Gülağa qızıdır.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ağır bədən xəsarətləri alan şəxslər reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq xəsarət alan hər iki qadın dünyasını dəyişib. H.Savalanov isə açıq kəllə-beyin travması ilə müalicə olunur.


16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.