SSRİ ABŞ-ı "sehrli həblər"lə necə aldadıb? — MARAQLI FAKTLAR

SSRİ ABŞ-ı "sehrli həblər"lə necə aldadıb? — MARAQLI FAKTLAR
15 Noy 2019 17:20

SSRİ-nin gizli xidmətləri uzun müddət guya astronavtlarda dözümlülüyü artırmağa kömək edən həb icad etdikləri ilə Amerika kəşfiyyatçılarını aldadıblar.

Realpress.az xəbər verir ki, bu kuryoz hadisəni “Ulduz yolu” idarəsinin ilk rəhbəri Nikolay Rıbkin açıqlayıb.

ABŞ kəşfiyyatçıları, sovet astronavtlarının uzun müddət işləməyə vadar edən, gücverən "möcüzəvi həblər”in olduğuna inanıblar. Buna səbəb kimi isə onların bacarmadıqları yer orbitində uzun uçuşların keçirilməsinə sovet kosmonavtlarının müvəffəq olması idi.

Amerikalılar bu mövcud olmayan dərman haqqında daha çox məlumat toplamaq üçün əllərindən gələn hər şeyi edirdilər.  Bundan sonra ruslar, birgə uçuş zamanı amerikalıları bir az da həvəsləndirmək qərarına gəldilər. Sovet kosmonavtları qəsdən yeməyə oturanda bir həb çıxarıb ABŞ astronavtlarının gözü önündə qəbul edirdilər. Bu həb isə adi soda idi.

Amerika xüsusi xidmət orqanları bu həblərin mənşəyini öyrənmək üçün külli-miqdarda pul xərcləyərək laboratoriyalar qurdular. Lakin mövcud olmayan sovet "sehrli həb" in tərkibini tapa bilmədilər.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.