Avstriya əks-kəşfiyyatında istifadə edilən “Kasperski laboratoriyası” proqramlarında boşluqlar aşkarlanıb

Avstriya əks-kəşfiyyatında istifadə edilən “Kasperski laboratoriyası” proqramlarında boşluqlar aşkarlanıb
15 Noy 2019 12:12

Avstriya əks-kəşfiyyatının Rusiyanın “Kasperski laboratoriyası” şirkətinin antivirus proqramlarından istifadə etməsi idarə üçün təhlükə törədir. Bu barədə Böyük Britaniyanın Əks-Kəşfiyyat Xidməti (MI5) və Almaniyanın Konstitusiyanın Qorunması üzrə Federal İdarəsinin (BfV) məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, Avstriyada əks-kəşfiyyat fəaliyyəti Konstitusiyanın Qorunması və Terrorizmlə Mübarizə üzrə Federal İdarə (BVT) tərəfindən həyata keçirilir. Bu ilin əvvəlində Britaniya və Almaniya əks-kəşfiyyat orqanları Avstriyanın müvafiq idarəsində yoxlamalar aparıblar. Məlumata görə, hər üç ölkə Avropa İttifaqının 28 dövlətinin, Norveç və İsveçrənin daxil olduğu kəşfiyyat məlumatlarının mübadiləsi üzrə Bern klubunun iştirakçısıdır. Yoxlamalar zamanı Avstriya əks-kəşfiyyatında mövcud olan xidməti məlumatlarla iş sistemlərində boşluqlar aşkarlanıb. Bern klubunun ekspertlərinin hesabatında qeyd edilir ki, idarədə sistemlərin mühafizə səviyyəsi məxfi informasiyanın emalı və saxlanılması üçün tələb olunan səviyyədən aşağıdır.

 

Həmçinin müəyyən edilib ki, Avstriya əks-kəşfiyyat orqanının bütün proqram təminatı internetə çıxışa malikdir ki, bu da məxfi sənədlərin terrorçuların əlinə keçməsi riskini artırır. Hesabata görə, hakerlər idarədəki mövcud boşluq vasitəsilə Bern klubunun daxili şəbəkəsinə müdaxilə üçün nəzəri imkana malik olublar. Bundan başqa, yoxlamalar çərçivəsində idarənin Vyanada yerləşən mənzil-qərargahının yüksək məxfilik rejimli ayrı-ayrı otaqlarına əməkdaşların mobil telefon və noutbuklarla buraxılması müəyyənləşdirilib ki, bu da cinayətkarlara vacib sənədlərin şəkil və ya skrinşotlarını çəkməyə şərait yaradıb.

 

Rusiya şirkətinin proqram təminatına gəldikdə, ekspertlərin fikrincə, “Kasperski laboratoriyası” proqramlarından istifadə Avstriya Dövlət Təhlükəsizliyi Xidmətində yüksək səviyyəli casusluq təhlükəsi ilə əlaqədardır.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, “Kasperski laboratoriyası” müştərilərin hansı ölkəni təmsil etməsindən asılı olmayaraq onların mühafizəsinə ciddi yanaşır və istənilən hökumətin kibercasusluq və kiberhücumlarla əlaqədar fəaliyyətində iştirak etmir və etməyəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.