Nazirlik Bakıda yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı

Nazirlik Bakıda yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı
15 Noy 2019 09:36


Gecə saatlarında paytaxtın Xətai rayonunda yanğın hadisəsi olub.

Realpress.az xəbər verir ki, rayonun Neapol küçəsi 29/42 mənzil 79 ünvanında binanın mansardı yanıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma müraciət 01:48-də daxil olub:

“Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Beşi uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar”.

Qeyd edək ki, ötən gecə Xətai rayonu 18 mərtəbəli yaşayış binasının damında yanğın baş verib. İlkin məlumata əsasən, yanğına səbəb naqillərdə yaranan qısaqapanma olub. 


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.