"Startup"lara vergi güzəştləri tədbiq edilməsi təklif olunur

"Startup"lara vergi güzəştləri tədbiq edilməsi təklif olunur
14 Noy 2019 16:04

“Vergi Məcəlləsinə dəyişikliklərin və onların iqtisadiyyatın daha sürətlə inkişafına və sahibkarlığın genişlənməsinə töhfə verəcəyinə şübhə yoxdur. Qısa bir müddət ərzində vergilər sahəsində böyük işlər görülüb, sahibkarlar üçün geniş imkanlar yaranıb. Bu gün Azərbaycanda vergi siyasəti ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata keçirilir. Bu baxımdan da təklif edilən dəyişikliklərin gözəl nəticələr verməsi şübhə doğurmur”.

Realpress.az xəbər verir ki. bunu deputat Bəxtiyar Əliyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir sıra sahələrə, xüsusən də avadanlıqlaırn gətirilməsi ilə bağlı güzəştlər tətbiq olunur. “Bu gün Azərbaycanda “startup”lar həyata keçirilir. Bu “startup”ların inkişafı iqtisadiyyatın inkişafına, sahibkarlığın inkişafına çox böyük töhfədir və bunu təşviq etmək lazımdır. Bu baxımdan hesab edirəm ki, nəzərdə tutlan güzəştləri o sahələrə də tətbiq edilsə yaxşı olar. Yeni texnologiyaların gətirilməsi və o texnologiyalar əsasında Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsinə böyük töhfədir. Ulu öndər Heydər Əliyev vaxtilə yüksək texnologiya bilikləri tələb edən sahələri, kondinsioner və digər zavodların tikintisini Azərbaycana gətirməsəydi, o sahələrdə alimlər yetişməsəydi, konstruktor-təcrübə labaratoriyaları yaradılmasaydı əlbəttə bu gün Azərbaycanın müdafiə qabiliyyətini öz hesabına təmin edə biləcək işlərin görülməsi mümkün olmazdı”- deputat bildirib.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.