“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib
14 Noy 2019 15:24

“Motorola” şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. “Samsung Galaxy Fold” cihazından fərqli olaraq yeni “Razr” açılmış formada planşeti deyil, adi smartfonu xatırladır, ona görə qatlanmış formada ölçüsü çox yığcamdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, qurğunun korpusu polad və “Gorilla Glass” şüşəsindən işlənib hazırlanıb. Cihaz tərəflər nisbəti 21:9, təsvir ölçüsü 2142x876 piksel təşkil edən plastik örtüklü 6,21 düym diaqonallı elastik OLED displeyə malikdir. Bundan başqa, yeni “Motorola Razr” su damcılarından qorumaya malikdir, xüsusi örtük elektronikanı müdafiə edir. Amma cihazı suya salmaq olmaz.

 

“Razr” smartfonu qatlanmış vəziyyətdə də faydalıdır: 2,7 düymlük “Quick View” (800x600 piksel) displeyi vasitəsilə zəng etmək, yazışmaq, kontaktsız ödənişi təsdiq etmək, musiqini idarə etmək, keyfiyyətli əsas kamera ilə “selfi” çəkmək və bəzi sazlamaları dəyişdirmək olar.

 

“Motorola Razr 2019” aparatı “Qualcomm Snapdragon 710” prosessoru, 6 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapikseldir və f/1.7 obyektivinə malikdir, ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

 

“Android 9 Pie” sisteminin idarəetməsi altında işləyən smartfon ABŞ-da yanvardan etibarən 1499 dollar qiymətinə satışa çıxarılacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.