İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb
14 Noy 2019 14:36

Tezliklə ilk “ağıllı” “Nokia” televizoru təqdim ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, artıq “Nokia” televizoru Hindistan Standartlar Bürosunda sertifikatlaşdırmadan keçib. İstehsalçının məlumatına görə, televizor “4K” təsvir ölçülü 55 düym diaqonallı ekranla təchiz ediləcək. Qurğunun təsvirində daha yaxşı kontrasta və daha dərin qara rəngə nail olmağa imkan verən “ağıllı” tündləşdirmə texnologiyasından istifadə edildiyi qeyd olunur. Digər istehsalçılar tərəfindən bu funksiya lokal tündləşdirmə adlanır. Bundan əlavə, yeni qurğuda “JBL” akustikasından istifadə nəzərdə tutulur.

Məlumata görə, “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək “Nokia” televizoru “Google Play” əlavələr mağazası ilə təchiz ediləcək. Modeldə “Android TV” və ya şirkətin şəxsi proqram təminatından istifadə ediləcəyi barədə məlumat verilmir.

İlkin məlumata görə, “Nokia” televizoru Hindistanda istehsal olunmaqla yaxın vaxtlarda bu ölkədə təqdim ediləcək. Yeni məhsulun digər regionlarda satışa çıxarılacağı barədə açıqlama verilmir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.