“Adobe” və “Microsoft” şirkətləri “bulud” bazarında əməkdaşlığı genişləndirir

“Adobe” və “Microsoft” şirkətləri “bulud” bazarında əməkdaşlığı genişləndirir
14 Noy 2019 11:00

"Adobe" və "Microsoft" şirkətləri "bulud" hesablamaları bazarında əməkdaşlığı genişləndirməyə başlayıb. Bununla əlaqədar hər iki şirkətin səhmlərinin dəyəri bahalaşıb.


"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, yeni əməkdaşlıq mərhələsi çərçivəsində tərəflər "Adobe Experience Cloud" və "Adobe Document Cloud" məhsullarının "Microsoft Dynamics 365", "Office 365", "LinkedIn" və "Azure" servislərinə inteqrasiya olunması barədə razılığa gəliblər.


Bundan başqa, "Microsoft" şirkəti "Adobe Sign" "bulud" elektron imza xidmətini korporativ məhsullarda elektron imza üçün ən üstün həll kimi seçib. "Adobe Sign" indi "Microsoft SharePoint", "Dynamics 365", "Microsoft Teams" və s. korporativ platformalara sıx inteqrasiya olunacaq.


"Microsoft" 180 milyon kommersiya müştərisi və istifadəçisinə malikdir. Bu, bizim üçün böyük imkanlar açmaqla "Microsoft" şirkəti ilə tərəfdaşlıqda əməkdaşların işini avtomatlaşdırmağı təmin etməyə və "Adobe Sign" məhsulu vasitəsilə rəqəmli transformasiyanı həyata keçirməyə şərait yaradacaq", - "Adobe" şirkətinin "Microsoft" həlləri üzrə vitse-prezidenti Deyv Uelç bildirib.


"Adobe" və "Microsoft" sıx tərəfdaşlığa 2016-cı ilin sentyabrında başlayıb. O zaman şirkətlər arasında "Photoshop" və "Illustrator" daxil olmaqla "Adobe" yaradıcılıq proqramlarının "Microsoft Azure" "bulud" platforması vasitəsilə yayılmasını nəzərdə tutan saziş imzalanıb.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.