Çində nəhəng külək generatoru hazırlanıb

Çində nəhəng külək generatoru hazırlanıb
14 Noy 2019 10:00

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "H210-10MW" dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin "CSIC" gəmiqayırma korporasiyasının törəmə şirkəti olan "Haizhuang Windpower" tərəfindən işlənib hazırlanıb. Yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

 

"Haizhuang Windpower" şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir "H210-10MW" aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir ki, bu da ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.

Realpress.az

 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.