Azərbaycanlı bloqerdən humanist addım: Afrikada ehtiyac içində olan insanlarla görüşdü - VİDEO

Azərbaycanlı bloqerdən humanist addım: Afrikada ehtiyac içində olan insanlarla görüşdü - VİDEO
14 Noy 2019 09:57


Xeyriyyəçiliklə məşğul olan, əslən azərbaycanlı, Rusiyada yaşayan məşhur videobloqer Hüseyn Həsənov təqdirəlayiq addımı ilə gündəmə gəlib.

Realpress.az xəbər verir ki, Hüseyn Afrikanın ən acınacaqlı bölgələrindən birinə səfər edib.

O, komandası ilə birlikdə aclıqdan və susuzluqdan əziyyət çəkən insanlara yardım göstərib.

Şəxsi “İnstagram” hesabında hər addımını video çəkərək “Hekayə” bölməsinə yükləyən Hüseyn ərzaq və qida məhsulları alaraq insanların evlərinə üz tutub və aldıqlarını onlarla bölüşüb.

Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir. Onun 12 milyondan çox “İnstagram” izləyicisi var.

Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.  


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.