“İphone”un texniki səhvini tapan 17 yaşlı türk gəncə “Apple” şirkəti 30 manat verdi

“İphone”un texniki səhvini tapan 17 yaşlı türk gəncə “Apple” şirkəti 30 manat verdi
13 Noy 2019 15:56

Türkiyədə 17 yaşlı gənc "İphone"un texniki səhvini tapıb.

Realpress.az yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində yaşayan 17 yaşlı Oğuz Akçay "Apple" firmasının "Iphone" markalı telefonunda texniki çatışmazlıq müşahidə edib.

Elektrik və elektronika ixtisası üzrə liseydə oxuyan O.Akçay tapdığı çatışmazlığı məktub vasitəsi ilə "Apple" firmasının elektron poçt ünvanına göndərib.

Sözügedən firma O.Akçaya təşəkkür edərək ona 100TL (təqribən 30 AZN) pul göndərib.
Hadisə ilə bağlı danışan O.Akçay "İphone"da olan problemi aşkarladığını bu cür izah edib: "Telefonla danışarkən günəş mənzərəsini çəkmək istədim. Ancaq kameraya girərkən telefonun ekranı qaraldı loqosu göründü telefon danışığım isə davam edirdi. Düşündüm ki, telefonumda texniki problem var.

Ancaq bir neçə oxşar modeldə yoxladım vəziyyət eyni idi. "Apple" şirkətinə problemlə bağlı elektron məktub ünvanladım. Onlar cavablarında mənə təşəkkür etdilər və hesabıma 100 lira yüklədilər. Belə böyük bir firmanın səhvini tapmaq məni çox təəccübləndirdi. Tapdığım üçün çox xoşbəxtəm".


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.