Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılması barədə tapşırıq verdi

Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılması barədə tapşırıq verdi
13 Noy 2019 12:25


Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinin evinə həbs qoyulması ilə bağlı məlumatlar yayılıb.

Məsələ cəmiyyət arasında ciddi narahatlığa səbəb olub və geniş müzakirə edilib. 

Realpress.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailəsinin müraciətinə baxılması və evin dərhal şəhid ailəsinə geri qaytarılması ilə bağlı tapşırıq verib.

Bundan sonra problem öz həllini tapıb. 

Qeyd edək ki, bu mövzunu yazar Səbinə Yusif özünün sosial şəbəkədəki hesabından paylaşıb.

Səbinə Yusif məsələnin şəhid Şaban Cəfərovun ailəsinin xeyrinə həll olunması istiqamətində verdiyi tapşırığa görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib.


25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

25 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

25 Apr 2024
Siyasət

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

25 Apr 2024
Siyasət

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.