Mixail Şumaxerin meneceri: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır

Mixail Şumaxerin meneceri: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır
13 Noy 2019 11:57


“Formula-1” oyunlarının dünyaca məşhur pilotu Mixail Şumaxerin meneceri Uilli Ueber qalmaqallı açıqlama ilə gündəmə gəlib.

Realpress.az xəbər verir ki, menecerin sözlərinə görə, Şumaxerin həyat yoldaşı Korrina əfsanəvi pilotun səhhəti ilə bağlı həqiqəti gizlədir.

2013-cü ilin sonunda yeddiqat dünya çempionu xizəklə sürüşəndə dağın yamacından yıxılmışdı. Başından ciddi zədə alan Şumaxer o vaxtdan bəri komada idi. Ailəsinin bir neçə ay öncə verdiyi məlumata görə, o, öz evində reabilitasiya keçir və sağalmaqdadır. Səhhəti haqqında məlumat yalnız ailəsi və idmançıya lazımi qayğı göstərən mütəxəssislər tərəfindən verilir.

Ancaq 50 yaşlı pilotun meneceri və yaxın dostu Uilli Ueber əmindir ki, hər şey onun Mixailin yanına getməsinə icazə verməyən Korrinanın göstərməyə çalışdığı kimi deyil.

“Zərbənin güclü olduğunu bilirəm, ancaq irəliləyiş olub-olmadığı barədə məlumatım yoxdur. Onu görmək istəyirəm, amma Korrina mənə imkan vermir. Düşünürəm ki, həqiqəti anlayacağımdan və insanların hər şeyi öyrənəcəklərindən qorxur. Mixail güclüdür, bir şans olsa da, o, bundan istifadə edəcək. Onun üçün dua edirəm və bir daha görəcəyimə ümid edirəm”, - deyə Ueber söyləyib.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.