Bağırsaqların insan hislərinə — İNANILMAZ TƏSİR

Bağırsaqların insan hislərinə — İNANILMAZ TƏSİR
12 Noy 2019 09:04

Alimlər bağırsaqları ikinci beyin adlandırır və bu, səbəbsiz deyil. Çünki intellekt, yaddaş və əhval-ruhiyyə birbaşa səhhətimizdən asılıdır.

Realpress.az medicina.az-a istinadən bildirir ki, bağırsaqların duyğularımız üzərində təsiri farktlarla təsdiq edilib. Hər kəs nə vaxtsa qarnında sanki kəpənəklərin uçuşduğunu hiss edib. Bu duyğular insan emosiyalarının böyük ölçüdə daxili orqanlarının vəziyyəti ilə təyin olunduğunu aydın şəkildə göstərir. İnsan bədənində yaşayan bakteriyaların sayı hüceyrələrin sayından daha çox yüksəkdir. Bu mikroorqanizmlər bütünlükdə "mikrobiom" adlanır. Bu bakteriyaların əksəriyyəti bağırsaqlarda yaşayır.

Bağırsaq yalnız həzm prosesində deyil, eyni zamanda iltihab prosesləri ilə mübarizədə və immunitetin nizama salmasında əsas rolu oynayır. Bağırsaq - daxili (enterik) sinir sistemini meydana gətirən 100 milyondan çox neyronları əhatə edən kompleks bir sistemdir. Daxili sinir sistemi ikinci beyin adlanır, çünki ana bətnində dölün yetişməsi zamanı mərkəzi sinir sistemi ilə eyni toxumalardan meydana gəlir.

Daxili sinir sistemi bir çox funksiyaya nəzarət edir və özbaşına bütünləşmiş bir beyin olaraq qəbul edilir. Bağırsqlarda spinal kord üzərindəki neyronlardan daha çox neyron olduğunu təxmin edilməkdədir. Daxili sinir sistemi ve beyin arasında bir çox kimyəvi paralellik tərtib edilə bilər. Bağırsaqlar və beyin adətən sinir, immunitet və endokrin əlaqələrlə tez-tez bağlantı qurur.

Beyin və bağırsaqlar arasında sıx əlaqəni nəzərə alaraq deyə bilərik ki, bəzən həzm sisteminin işi ilə bağlı müəyyən amillər emosional və psixoloji simptomlara gətirib çıxarır. Bu, xüsusilə bağırsağın ciddi səbəblər olmadan özünü xatırlatdığı zaman nəzərə çarpır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.