Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür
12 Noy 2019 08:55


12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. 

Realpress.az-ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 24 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. 

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. 

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür. 

23 Apr 2024
Cəmiyyət

Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər.

23 Apr 2024
Cəmiyyət

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub - VİDEO

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

22 Apr 2024
Cəmiyyət

Ağdərədə odlu silahlar tapılıb

İşğaldan azad edilən Ağdərə şəhərində odlu silahlar aşkarlanıb.

22 Apr 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

22 Apr 2024
Cəmiyyət

Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün Füzuliyə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.