Rusiyanın Xarabrovsk bölgəsinin Trexqornoy küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Realpress.az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Lexus" markalı avtomobil yol kənarında dayanmış "Nissan Atlas" markalı maşına çırpılıb.
Qəza nəticəsində "Nissan"da olan iki qadın xəsarət alıb. Onlar Azərbaycan vətəndaşlarıdır. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlardan birinə döş qəfəsinin sınığı, digərinə isə kəllə-beyin travması diaqnozu qoyulub.
Məlumatlara görə, qəzaya səbəb "Lexus"un sürücüsünün bir anlıq diqqətsizliyi olub. Hadisə zamanı günahkar sürücü də xəsarət alıb. Onun ayağı sınıb və xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı "Lexus"un sığortasının olmadığı da aydınlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.