“LG” şirkəti qabaqcıl planşetini təqdim edib

“LG” şirkəti qabaqcıl planşetini təqdim edib
08 Noy 2019 16:31

“LG Electronics” şirkəti “G Pad 5” qabaqcıl planşet kompüterini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni planşet 1920x1200 piksel təsvir ölçülü (WXGA) 10,1 düymlük IPS displey, “Qualcomm Snapdragon 821” dördnüvəli prosessoru, “Adreno 530” qrafik sürətləndiricisi, 32 QB daxili yaddaş (“microSD” daşıyıcılarının köməyi ilə 512 QB-dək artırıla bilər) və 4 QB əməli yaddaşla təchiz edilib.

 

Aparat 8 və 5 meqapiksellik kameralarla (birinci kamera avtofokusa malikdir), LTE, “Wi-Fi 802.11 ac”, “Bluetooth 4.2 LE” və GPS simsiz rabitə modullarına malikdir.

 

Planşetin ölçüləri 247,2x150,7x8 mm, çəkisi 489 qr-dır. Cihaz “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 8200 milliamper/saatdır. Planşetin kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb.

 

Cənubi Koreyada satışa çıxarılacaq “LG G Pad 5” planşetinin qiyməti 380 dollardır.

Realpress.az



19 Noy 2019
İT

Smartfon və digər cihazların elastik ekranları üçün plastik şüşə hazırlanıb

Tampere Universitetinin fizikləri tərəfindən şüşəyə bənzər alüminium oksidindən hazırlanmış incə plyonkalar sıxılmaq, dartılıb uzadılmaq və əyilmək xüsusiyyətlərinə malikdir. Bu, gələcəkdə smartfonlar üçün möhkəm və elastik ekranlar hazırlamağa imkan verəcək. Amma araşdırmanın müəllifləri bildiriblər ki, hazırkı formada bu metod irihəcmli məmulatların hazırlanması üçün tətbiq edilə bilməz. Tədqiqat “Science” jurnalında dərc edilib.

19 Noy 2019
İT

“Xiaomi” ilk elektron kitab oxuducusunu təqdim edib

“MiReader” – “Android” mobil əməliyyat sistemi ilə işləyən və elektron mürəkkəb texnologiyasına əsaslanan displeyə malik elektron kitab oxuducusudur.

19 Noy 2019
İT

Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer təqdim olunub

Harvardda Uiss Universitetinin alimləri 8 müxtəlif materialdan obyektlər çap edə bilən yeni “3D” printer təqdim ediblər.

19 Noy 2019
İT

İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiya hazırlanacaq

BMT Baş Assambleyasının 74-cü sessiyasının Üçüncü komitəsinin iclasında informasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması ideyası bəyənilib. Müvafiq qətnamənin təşəbbüskarı qismində Rusiya çıxış edib.

19 Noy 2019
İT

Robot balıq ixtira edilib

Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) mütəxəssisləri suyun altında səssizcə qalan robot balıq təqdim ediblər.