İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək

İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək
08 Noy 2019 15:48


“Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən “İlin maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib. 

Realpress.az xəbər verir ki, bu ada hərəkət qatarlarının istismarı üzrə iş departamentinin qatar sürücüsü, 3-cü dərəcəli maşinist Hüseyn Hüseynov layiq görülüb.

H.Hüseynov 22 ilə yaxındır ki, metropolitendə çalışır. 

Qeyd edək ki, H.Hüseynov metropolitendə ilk əmək fəaliyyətinə 20 yaşında “Nərimanov” deposunun qaldırma təmiri sexində 1-ci dərəcəli elektrik çilingəri kimi başlayıb. İlin maşinisti ənənəvi müsabiqənin qalibi müəyyənləşdirilərkən, münsiflər heyəti yekdilliklə H.Hüseynova səs verib. Qalib maşinistə minimum əmək haqqının 10 misli miqdarında birdəfəlik pul mükafatı ödəniləcək. 


22 Apr 2024
Cəmiyyət

Ağdərədə odlu silahlar tapılıb

İşğaldan azad edilən Ağdərə şəhərində odlu silahlar aşkarlanıb.

22 Apr 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

22 Apr 2024
Cəmiyyət

Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün Füzuliyə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

22 Apr 2024
Cəmiyyət

Sabah yağış yağacaq, külək əsəcək

Ölkə ərazisində aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

22 Apr 2024
Cəmiyyət

Köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.