Kredit borcu olan şəxslərin hansı əmlakları müsadirə oluna bilməz ? -VİDEO

Kredit borcu olan şəxslərin hansı əmlakları müsadirə oluna bilməz ? -VİDEO
08 Noy 2019 13:23

Vətəndaş bankdan kredit götürüb, daha sonra əmlakını, işini itirib və banka olan borcunu qaytara bilmir. Bu halda bank həmin şəxsə qarşı hansı tədbirləri görə bilər? Əgər bank vətəndaşı məhkəməyə verərsə, həmin şəxs inzibati qaydada həbs edilə bilərmi? BakuTv mövzunu araşdırıb.

Ramil Mirzəyev iki il əvvəl istehlak krediti götürüb. Sonradan borcunu ödəsə də, bu müddət  ərzində icra məmurları onu həbs, ölkədən çıxışına qadağa qoyulması və evinin əlindən alınması ilə hədələyib.

Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər fiziki şəxsin əmlakı və borcu ödəməyə imkanı yoxdursa qanunla borc tam və ya qismən silinməlidir.

Borcu olan şəxsin yalnız bir mülkü varsa nə həmin ev nə də əşyaları müsadirə oluna bilər.

"Praktikada amma bu belə deyil. Əgər vətəndaş borcu qəsdən ödəmirsə, bu halda ölkədən çıxışına qadağa qoyula bilər. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə borcu əgər üzürsüz səbəbdən ödəmirsə onda həbs edilə bilər. Ancaq borclunun imkanı yoxdursa həbs qərarı verilə bilməz. İcra məmurları insanları həbslə hədələyir ki, tutma yönəldilə bilməyən əmlakı məcbur qalıb satsın".

Qeyd edək ki, bu gün kredit borcu olan 2 milyon 714 min 572 nəfər şəxs var. Ötən illə müqayisədə  bu rəqəm 150 minə yaxın artıb.


25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.