Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanıldı

Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanıldı
08 Noy 2019 11:14


Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq.

Bunu Report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq:

“Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk.

Həmçinin, “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə, “Sarı xətt”i tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

“Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb:

“Əgər siz Dubaydakı kimi, estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək, bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil.

Şəhərin bu günlük planına görə Cənab Prezidentin təsdiqlədiyi “Konseptual İnkişaf Sxemi”nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək.

Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmaətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götümrəliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır.

Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə bir parça torpaq alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.

20 Noy 2019
Cəmiyyət

AzTV tender elan etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satın alınması məqsədilə açıq tender elan edib.

20 Noy 2019
Cəmiyyət

Aeroport yolunda "gəlin maşını" yanıb - VİDEO

Paytaxt Bakıda toy üçün bəzədilən gəlin maşınlarından biri aeroport yolunda yanıb. 

20 Noy 2019
Cəmiyyət

Azərbaycanda qadağan olunan psixotrop maddələr - SİYAHI

Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniya ən ağrılı problemlərdən biridir. Əfsuslar olsun ki, bu gün Azərbaycanda da narkotik vasitələr və psixotrop maddələrdən istifadə edən şəxslər mövcuddur.