Dünyada internet istifadəçilərinin sayı məlum olub

Dünyada internet istifadəçilərinin sayı məlum olub
08 Noy 2019 10:25

Dünya əhalisinin təxminən 4,1 milyardı və ya 53,6 faizi internetə çıxış imkanına malikdir. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, təşkilatın qiymətləndirməsinə görə, dünyada kişilərin 58 faizi internetdən istifadə etdiyi halda qadınlarda bu göstərici 48 faiz təşkil edir. Bu fərq Asiya-Sakit okean regionu, Afrika və Yaxın Şərq ölkələrində xüsusilə nəzərə çarpır və durmadan artır.

 

Ekspertlərin hesablamalarına görə, planet əhalisinin təqribən 97 faizi mobil rabitə siqnallarının əhatə olunduğu yerlərdə məskunlaşıb, o cümlədən 93 faizi “3G” və daha yüksək şəbəkə istifadəçisidir. Mobil rabitənin əhatə dairəsinə daha çox Cənubi və Şimali Amerika ölkələri, Asiya-Sakit okean regionu və Avropa, daha az (79 faiz) isə Afrika ölkələri daxildir.

 

Planetdə 3,6 milyard insanın hələ də internet istifadəçisi olmamasını nəzərə alan BTİ dövlətləri internetə çıxışla bağlı məsələni inkişaf etdirilməsi labüd təxirəsalınmaz prioritetə çevirməyə çağırır.

 

Bundan başqa, ekspertlər rəqəmli texnologiyalar, eləcə də smartfon və digər mobil texnologiyalarla iş ilə tədrisə investisiya qoyuluşunun zəruriliyini qeyd edirlər. Onların sözlərinə görə, bu, onlardan bərabərhüquqlu istifadəyə şərait yarada bilər.

 

BTİ-nin tədqiq etdiyi 85 dövlətin 65-ində mobil telefona sahib kişilərin sayı qadınları üstələyir.

 

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

Realpress.az


21 Noy 2019
İT

Dünya dövlət təşkilatlarının “DNS” hücumlarına görə illik itkiləri milyon dollarla ölçülür

"EfficientIP" tədqiqat şirkəti Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun min aparıcı informasiya texnologiyaları korporasiyası arasında sorğu apararaq dünyada dövlət təşkilatlarının "DNS" hücumları nəticəsində illik orta hesabla 7 milyon dollara yaxın vəsait itkisi ilə üzləşməsini müəyyənləşdirib. Bu barədə "IDC 2019 Global DNS Threat Report" hesabatında deyilir.

21 Noy 2019
İT

“Telegram” yaradıcısı: “WhatsApp”da istifadəçi məlumatları qorunmur”

"Telegram" messencerinin yaradıcısı Pavel Durov "WhatsApp" mobil əlavə istifadəçilərini mümkün haker hücumları səbəbindən onu ləğv etməyə çağırıb. Bu barədə şirkət rəhbərinin "Telegram" kanalında deyilir.

21 Noy 2019
İT

Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc edib. Sənəd 1 mart 2020-ci ilədək davam edəcək ictimai müzakirəyə çıxarılıb.

21 Noy 2019
İT

“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%-dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər, 2022-ci ildə belə qurğuların tədarükü 750 milyona yaxınlaşacaq. Dünyanın ən böyük mobil çip istehsalçısı “Qualcomm” şirkəti belə proqnoz verib.

21 Noy 2019
İT

“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

"Microsoft Teams" korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin iyulunda bu göstərici 13 milyon istifadəçiyə bərabər idi.