Huawei şirkəti Google ilə əməkdaşlığı bərpa edə bilər

Huawei şirkəti Google ilə əməkdaşlığı bərpa edə bilər
08 Noy 2019 09:09

ABŞ ilə Çin arasındakı ticarət müharibəsi yavaş-yavaş sonlanmağa doğru gedir və bu öz növbəsində Google ilə Huawei arasındakı əməkdaşlığın bərpa olunmasına yardımçı olacaq. Bu cür bəyanatı ABŞ-ın ticarət naziri Wilbur Ross bildirib.

Realpress.az technote.az-a istinadən bildirir ki, öz yeni bəyanatında Ross qeyd edib ki, ABŞ şirkətləri yenidən Huawei-yə öz texnologiyalarını təqdim edə biləcəklər. Nazirin sözlərinə əsasən ABŞ hökuməti Huawei ilə əməkdaşlıq icazəsi üçün müxtəlif şirkətlərdən 200-ə yaxın sorğu qəbul edib.

Bundan əlavə olaraq Donald Trump da yaxın müddətdə ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin sonlanmağını istəyir. Qeyd edək ki, bu ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etdi və ABŞ şirkətlərinə Huawei ilə əməkdaşlığa qadağa qoydu. Bunun nəticəsində Mate 30 flaqman seriyası da daxil olmaqla Huawei şirkətinin bir sıra smartfonları Google servisləri olmadan satışa çıxdılar. Bununla yanaşı Huawei ilə əməkdaşlığın dayandırılması nəticəsində ABŞ şirkətləri də külli miqdarda vəsait itkiləri ilə qarşılaşdılar.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.