Bitlərdən 1 günə belə qurtulun – Bunu hər bir ana bilməlidir!

Bitlərdən 1 günə belə qurtulun – Bunu hər bir ana bilməlidir!
07 Noy 2019 17:17

Uşaqlar arasında bitlərə yoluxma (pedikulyoz) hallarına tez-tez təsadüf edilir. Bundan utanmaq lazım deyil.

Çoxdan sübut olunub ki, pedikulyozun gigiyenaya və təmizliyə heç bir aidiyyatı yoxdur. Bitlər hərəkət edir və bir insandan digərinə asanlıqla keçə bilir. Bu başqa insanın papağını, paltarını geyindikdə, başqa insanın darağından istifadə etdikdə mümkündür.

Saglamolun.az tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin pedikulyozun müalicəsi ilə bağlı olan tövsiyələrini sizə təqdim edir.

 

Həkimin sözlərinə görə, valideyn uşaqda bitləri aşkar etdikdə mütləq bu haqda məktəb və ya baxçaya məlumat verməlidir. Bu nə üçün vacibdir? Eyni sinifdə və ya bağça qrupunda olan digər uşaqlarda da pedikulyoz ola bilər və uşağınız müalicə aldıqdan bir müddət sonra yenə bitlərə yoluxa bilər.

Ümumdünya Səhiyyə Təşkilatı, müxtəlif ölkələrin Pediatr və İnfeksionistlər Assosiasiyaları pedikulyozun müalicəsində “permetrin” adlı dərmandan istifadə etməyi tövsiyə edirlər. Preparatın adı başqa da ola bilər – məsələn, “pedeks”, “pedikulen”, “nix”, lakin tərkibində permetrin olmalıdır. Əczaçı sizə bitlərə qarşı hər hansı darman təklif etdikdə onun tərkibinə mütləq fikir verin! Permetrin yoxdursa – almayın.

Pedikulyozun müalicəsi

Uşağın saçlarını qabaqcadan yuyun. Permetrini pambıq tamponun köməyi saçlara (xüsusilə saçların köklərinə) çəkin. Vasitə saçların bütün uzunluğu boyu çəkilməlidir. Fikir verin ki, permetrin uşağın gözlərinə və ağzına düşməsin! Daha sonra uşağın başına yaylıq bağlayın və 40 dəqiqədən sonra saçlarını yuyun və yaxşı darayın.  

Bu preparat çox effektlidir və onun 1 dəfəlik istifadəsi bitlərdən tam qurtulmağa imkan verir. Lakin pediatrlar qeyd edir ki, müasir şampunların tərkibində olan bəzi maddələr, xüsusilə silikon permetrinin təsirini azaldır. Bu səbəbdən pediatrlar permetrini 9-10 gündən sonra təkrar istifadə etməyi tövsiyə edirlər.

Diqqət! Pediatrlar pedikulyozun müalicəsi zamanı uşağın saçlarını qırxmağı, ağ neft, sirkə və s. bu kimi vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmirlər.

Permetrin “profilaktik” məqsədlərlə istifadə olunmur. Bitlər aşkar olunubsa istifadə olunur, olunmayıbsa – yox.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.