Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 12-ə çatıb

Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 12-ə çatıb
07 Noy 2019 17:05

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 12-ə çatıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vəhdət Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 12-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və "Ana Vətən" Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınmışdı.


24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.

24 Apr 2024
Siyasət

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

24 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

24 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

24 Apr 2024
Siyasət

Prezident: “Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar”

“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük.