Fədayənin həbsxanada gördüyü yuxu gerçək oldu — Doğmasını itirdi

Fədayənin həbsxanada gördüyü yuxu gerçək oldu — Doğmasını itirdi
07 Noy 2019 13:31

2 il ərzində həbsxanada ən çox yuxuna kim girirdi?

Realpress.az milli.az-a istinadən xəbər verir ki, bu sualla aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də azadlığa buraxıldıqdan sonra ilk efiri olan Fədayə Laçına müraciət edib.

Fədayə Laçın həbsxanada ən çox gördüyü yuxuları efirdə dilə gətirib:

"Təzə həbs olunanda ailəm tez-tez yuxuma girirdi. Həmişə də görürdüm nə isə olub - anam xəstələnib, anamın üstünə həkimlər gəlib və yaxud Əlhəmə nəsə olub. Tez xahiş edirdim telefona məni çıxardırdılar. Əlaqə saxlayırdım, deyirdilər ki, hər şey yaxşıdır, salamatçılıqdır. Amma dəfələrlə də olub ki, mən yuxuda görmüşəm, telefona çıxanda məndən gizlədirdilər. Bir neçə gün sonra əlaqə saxlayanda İlahə mənə deyirdi ki, sən necə də hiss edirsən. Məsələn, anam xəstələnmişdi. O yerə çatmışdı ki, üstünə təcili yardım gəlmişdi. Həttta mənim xalam da rəhmətə gedəndə mən Eldənizi (xalası oğlu) yuxuda gördüm. Heç vaxt xalam oğlu Eldəniz mənim yuxuma gəlməyib amma. Dedim Allah xeyir eləsin. Telefona çıxdım demədilər mənə. Sonra mənim yanıma gələndə İlahə o biri bacılarıma dedi ki, "Niyə gizlədək e. Fədayə, xalam rəhmətə gedib". Dedim, gördünüz, mən sizə dedim "Eldənizi yuxuda görmüşəm. Xalam nətəridir?" Belə olurdu yuxularım". 

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.