Kiyevdə naməlum motosikletçi maşına qumbara atıb.
“UNİAN” xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hücuma məruz qalan qara “Mercedes” farmaseptik şirkətin direktoru İqor Saloya məxsusdur. Partlayış nəticəsində həlak olan onun sürücüsüdür. Direktor özü və daha bir sərnişin yaralanaraq xəstəxanaya yerləşdirilib.
Ukrayna paytaxtında motosikletçinin tutulması üzrə əməliyyat planı elan olunub. Hadisə yerində güc strukturlarının nümayəndələri və xilasedicilər işləyirlər.
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.