"Türkiyənin problemi kürdlərlə deyil, PKK ilədir" - Bərzani

"Türkiyənin problemi kürdlərlə deyil, PKK ilədir" - Bərzani
06 Noy 2019 16:10

Türkiyənin əvvəldən bəri Suriyadakı kürdlərlə problemi yoxdur, sadəcə, PKK ilə problemi var.

Realpress.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ərbildəki Yaxın Şərq Araşdırma İnstitutu (MERI) tərəfindən təşkil edilən paneldə Suriya və PKK ilə əlaqədar İraq Kürd Regional Muxtariyyətinin baş naziri Nəcirvan Bərzani deyib.

N.Bərzani Türkiyə tərəfinin "Biz heç bir şəkildə Suriya ilə sərhədlərimizdə PKK əsgilərini həzm edə bilmərik" mövqeyinin ona çatdırıldığını bildirib:

"Bunun Suriyadakı qardaşlarımız üçün də böyük bir təhlükə olduğunu söyləməyə çalışdıq".

PKK-nın Suriyadakı mövcudluğuna reaksiya göstərən Bərzani eyni zamanda qeyd edib ki, "yeganə istəyimiz kürdlərin PKK ilə aralarına məsafə qoymalarıdır. PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki, bu gün bu nöqtəyə gəlib çıxıldı".

Qeyd edək ki, başda ABŞ, Avropa və Rusiya olmaqla bəzi ölkələr Türkiyənin PKK terroruna qarşı mübarizəsi ilə bağlı açıqlamalarında PKK yerinə şüurlu şəkildə "kürdlər" ifadəsini istifadə etməkdədir. Sözügedən mövqe Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı "Sülh çeşməsi" əməliyyatı prosesində də davam edir.

PKK-nın Türkiyə kimi ABŞ və Avropanın da terror təşkilatları siyahısında yer almasına baxmayaraq, nümayiş etdirilən bu davranış Türkiyənin bu gün də davam etdirdiyi və son 30 illik terrorla mübarizə prosesini təhrif edir. N.Bərzani bu açıqlama ilə Türkiyənin terrorla mübarizəsini kölgələmək üçün PKK və törəmələri yerinə israrla "kürdlər" deyilməsinə və Türkiyənin kürdlərlə problemi varmış kimi təqdim edilməsinə qarşı çıxmış olub.



29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.