Fərid ölkədən niyə getdi - "Uşağa hər yerdə qadağa qoyublar"

Fərid ölkədən niyə getdi - "Uşağa hər yerdə qadağa qoyublar"
06 Noy 2019 15:17

Əməkdar artist Aybəniz Haşımova "Eurovision 2013" təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb.

Realpress.az axşam.az-a istinadən bildirir ki, müğənni tələbəsi olan ifaçı ilə bağlı gözlənilməz açıqlamalar verib. O, Fəridin bezib getdiyini söyləyib:

"Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, "Eurovision" müsabiqəsinə. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?

Fəridin anasından soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib".

Aparıcı Nanə Ağamalıyeva isə etiraz edərək "Dəfələrlə onu efirimə çağırdım, gəlmədi" sözlərini söyləyib.

Qeyd edək ki, Fərid ailə qurduqdan sonra, Amerikaya köçüb və orada kuryer çalışır.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.