MSK-dan seçkilərlə bağlı qərar - Dörd KİV-də ödənişsiz yer ayrılacaq

MSK-dan seçkilərlə bağlı qərar - Dörd KİV-də ödənişsiz yer ayrılacaq
06 Noy 2019 11:46


Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dörd kütləvi informasiya vasitəsində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından realpress.az-a bildirilib ki, həmin KİV-lər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, və “Bakinski raboçi” qəzetidir.

Yuxarıda göstərilən qurumlar, o cümlədən, digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməlidirlər.

Efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.


28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

27 Mar 2024
Siyasət

Bu gün Beynəlxalq Teatr Günüdür

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.