Soyuq havaların ləziz yeməklər — Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?

Soyuq havaların ləziz yeməklər — Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?
05 Noy 2019 09:11

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.

Realpress.az modern.az-a istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzu isə "Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?" mövzusunda olacaq.

Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə digər xalqların mətbəxlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad,  tam keyfiyyətləri ilə dünyada məşhurdur.

Xəmir xörəkləri və kulinar məmulatları isə Azərbaycan mətbəxində xüsusi yer tutur. Yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və  yorğunluğa səbəb olur.

Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən daha çox istifadə edir-əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən.  Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur. 

Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki  həzm prosesi çətinləşir.

Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir. Xəmir xörəklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir xörəklərində əsasən kəpəkli undan, qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki kəpəkli un buğda unundan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Məhz buna görə də, yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır.

Əgər xəmir xörəklərindən düzgün qaydada istifadə edilərsə, insan sağlamlığına heç bir zərər gəlməz.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.