Məmmədyarov “Əl-Şəbaab”ı pislədi

Məmmədyarov “Əl-Şəbaab”ı pislədi
04 Noy 2019 12:36


Somalidə təhlükəsizliyin gələcəyinə nail olmaq üçün idarəetmə və idarəetmə qurumları çox diqqətli və bir yerdə olmalıdırlar, həmçinin, lazımsız yayındırmaların qarşısını almalıdırlar.

Realpress.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan, sülh və dövlət quruculuğu prosesi, həmçinin, ölkənin sabitliyinin təmin olunmasını diqqət mərkəzində saxlayır.

Nazir qeyd edib ki, Azərbaycan Somali ilə tam həmrəyliyini bir daha bəyan edir. E.Məmmədyarov Somalidə törədilən terror aktlarını pisləyib:

“Əl-Şəbaab” döyüşçülərinin qalıqları tərəfindən törədilən bütün terror aktlarını və zorakı ekstremizmi qətiyyətlə pisləyirik. Onları sülh və barışıq prosesinə qoşularaq ağıl səsini dinləməyə və zorakılıqdan imtina etməyə çağırırıq.

Somali Federal hökumətinə çətinliklərin öhdəsindən gəlmək, barışıq əldə etmək və etibarlı, sabit, birləşmiş, demokratik və firavan bir dövlət qurmaq səylərində dəstəyimizi bildirmək istərdim”.

XİN başçısı qeyd edib ki, Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.