Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?

Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?
04 Noy 2019 12:07

Harvard universitetinin alimləri bildirir ki, hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir.

Bu infarkt növü kardioloqların təxminlərindən də çox və tez-tez baş verir. Daha çox orta yaşlı kişilərdə rast gəlinir.

Realpress.az medicina.az-a istinadən gizli infarktın səbəb və əlamətlərini təqdim edir.

 

Gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir.

Məsələn, gizli infarkt qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, qəflətən nəfəsin azca çatışmaması, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir. İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Bİr çoxları isə artıq qocalığın əlamətidir düşünür. Bəzən boğazda düyün, ağrı, sinədə göynəmə olur, bunu isə mədə qıcqırması ilə səhv salırlar.

Adətən insan ürək tutmasını soldan gözləyir, amma bəzən infarkt ürəyin döş qəfəsinin sağa doğru hissəsində baş verərsə ağrı sağa və ya bütünlükdə döş qəfəsi mərkəzinə yayıla bilər.

Hansı əlamətlər gizli infarktdan şübhələndirməlidir:

- Mədənin üstü, altı, sinənin düz mərkəzində sanki basıcı, sıxıcı ağrı, narahatlıq - bir neçə dəqiqə çəkir və gün boyu bir daha təkrarlanmır

- Ümumilikdə bədənin yuxarı hissəsində narahatlıq - boyun, çənə, çiyin, qollar, kürək, boğaz və s

- Dərindən tənəffüsdə sanki sinədə sıxılma

- Dayandığı yerdə qəfil soyuq tərin gəlməsi, başgicəllənmə, ara sıra ürəkbulanma

Bəzən isə xəstə heç bunları da hiss etmir.

Alimlər 45-84 yaş arası 2000 kişi və qadını müayinə ediblər. 10 il sonra təkrar olaraq bu pasiyentlər müayinə olunub. Onların 8%-də ürəyində infarkt izi olan çapıq aşkarlanıb. Halbuki bu şəxslər infarkt olduqlarını heç bilməyiblər.
Kişilər qadınlardan 5 dəfə çox gizli infarkt keçirir.

Gizli infarkt riskini bunlar yaradır: siqaret, artıq çəki, fiziki hərəkətsizlik, yüksək təzyiq, şəkərli diabet, stress, xolesterin, lipid mübadiləsi pozulması, irsi amillər

Gizli infarktdan sonra ürəkdə çapıq yaranır, ürək əvvəlkindən daha pis çalışır. Xəstə müayinə, müalicə olunmadıqda, təkrar və daha ağır tutma olur.

Alimlər mədə hissəsində yanma, göynəmə, "izjoqa", təngnəfəslik, xroniki yorğunluğu olan hər kəsi ürəyi müayinə tdirməyə çağırır. Eləcə də infarkt olub olmamasını Troponin T qan analizi ilə təyin etmək olur.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.