Payızda hər gün nar yeməyin 10 faydası

Payızda hər gün nar yeməyin 10 faydası
04 Noy 2019 09:27

Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvələrinə verir.

Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildirilən nardır.Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bəs payız mövsümündə ağız dadıyla yediyimiz narın faydaları haqqında nə qədər məlumatınız var?

Realpress.az medicina.az-a istinadən onun orqanizm üçün 10 əsas faydalarını təqdim edir:

 

Əvvəlcə onu deyək ki, narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.

1. Mədə-bağırsaq sistemi üçün əvəzsizdir

Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

2. Hormonların aktivliyini artırır

Narın tumurcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edir. Buna görə də, nar dənəciklərini yeyərkən tumurcuqlarını atmayın, onları çeynəyib yemək baş ağrıları üçün əvəzsiz vasitədir.

3. Xərçəngə qarşı güclü vasitədir

Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.

4. İnsulin əvəzedicisidir

Nar diabetik xəstələr üçün faydalıdır. Gündə 4 dəfə yeməkdən öncə 60 damla nar suyu qəbul edilərsə, qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq.

5. Diş ətinin iltihabı zamanı

Diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür. Nar suyu ilə damağı qarqara edin.

6. Öskürək zamanı faydalıdır

Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığını suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür.

7. Artıq çəkidən azad olmağa kömək edir

Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.

8. Göz ağrıları zamanı effektlidir

Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir.

9. Damarlarda yaranan tıxanıqlıqda

2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi 36 faiz azaltdığı bəlli olub.

10. Nar suyu orqanları gücləndirici xarakterə malikdir

Həmçinin qan yaradıcı, təzyiqsalıcı, enerji verici xassəyə də malikdir.


13 Noy 2019
Səhiyyə - Sağlamlıq

Sidikçıxarıcı yolların infeksiyalarında bitki preparatlarının rolu

Sidikçıxarıcı yolların infeksiyası (SYİ) sidik sisteminin hər bir üzvində - böyrək, sidik axarı kanalı, sidik kisəsi və sidik kanalında olan infeksiyadır. SYİ infeksion xəstələnmə strukturunda respirator infeksiyalardan sonra ikinci yeri tutur. İnfeksiyaların əksəriyyəti aşağı sidik yollarını - sidik kisəsi və sidik kanalını əhatə edir. SYİ milyonlarla insanın sağlamlığı üçün ciddi problem təşkil edir. Hər il Qərbi Avropada 10 milyondan artıq SYİ halı qeydə alınır. SYİ zamanı infeksiya residivlərinin yüksək səviyyəsi qeydə alınır ki, bu da tez-tez kəskinləşmələrlə xroniki xarakter alır.

13 Noy 2019
Səhiyyə - Sağlamlıq

Diabet, piylənmə, ruhi xəstəliklərinin qeyri-adi DƏRMANSIZ müalicəsi

İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında “inqilabi araşdırma” adlandırıblar.

11 Noy 2019
Səhiyyə - Sağlamlıq

Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL

Əgər bir gün bir anda beyinə kifayət qədər qan getməzsə nə olacağını bilirsinizmi?

9 Noy 2019
Səhiyyə - Sağlamlıq

Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq danışır

Bəzi xəstəliklərin müalicəsi olduqca çətindir, məsələn, onkoloji xəstəliklər kimi. Bu xəstəliyin adı belə insanları qorxuya salır. Xərçəng çox zaman insanın ölümünə də səbəb olur. Onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi, müalicənin uğurlu olması baxımından da əhəmiyyətlidir. Hazırda xərçəngə qarşı önləyici tədbir kimi skrinninq proqramlar hazırlanıb.