Azərbaycanlı güləşçi dünya çempionatına erməni üzərində qələbə ilə başladı

Azərbaycanlı güləşçi dünya çempionatına erməni üzərində qələbə ilə başladı
02 Noy 2019 15:16


Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

realpress.az xəbər verir ki, altıncı yarış günündə son dörd yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

Bunlar Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq) və Arif Niftullayevdir (-97 kq). Artıq Namaz Rüstəmov ilk görüşünü keçirib. O, təsnifat görüşündə Rusiyanı təmsil edən erməni Alen Mirzoyanla qarşılaşıb. İdmançımız 3:5 hesabı ilə uduzsa da, təkrara baxıldıqdan sonra Namazın iki xal qazandığı görünüb. Nəticədə hakim daha iki xalı idmançımıza verib. Hesab 5:5 olduğundan və belə başa çatdığından, son xal prinsipinə əsasən idmançımız qalib elan edilib.

Qeyd edək ki, bu gün Zaur Əliyev (-55 kq) bürünc medal görüşünə çıxacaq.



23 Noy 2020
İdman

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş üç yaşlı uşağa yardım ayırdı - VİDEO

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.

11 Noy 2020
İdman

Dünya çempionatı ləğv olundu: Azərbaycan yeni turnirdə iştirak edəcək

Ümumdünya Güləş Birliyi (UWW) 12-20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməli olan dünya çempionatını keçirməyəcək.

26 Okt 2020
İdman

Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb. 

23 Okt 2020
İdman

“Qarabağ”ı İsraildə mahnı ilə qarşıladılar - VİDEO

UEFA Avropa Liqasının I qrupunun birinci turunda “Makkabi” klubu ilə üz-üzə gələcək “Qarabağ” İsraildə azarkeşlər tərəfindən maraqlı şəkildə qarşılanıb.