Ordumuzun mövqeləri snayperlərdən atəşə tutuldu

Ordumuzun mövqeləri snayperlərdən atəşə tutuldu
31 Okt 2019 10:00

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən Realpress.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


15 Noy 2019
Hərbi

Ermənistanda təşviş: “Azərbaycan əməliyyatlara başlaya, qarşımıza sənəd qoyula bilər”

Ermənistanda təşviş: “Azərbaycan əməliyyatlara başlaya, qarşımıza sənəd qoyula bilər”

15 Noy 2019
Hərbi

Raket və Artilleriya Qoşunları təlimə cəlb edildi — VİDEO

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən əməliyyat təlimi davam edir.

15 Noy 2019
Hərbi

Mövqelərimiz snayperlərdən atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

13 Noy 2019
Hərbi

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

12 Noy 2019
Hərbi

Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq

Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq