Uçan taksinin test uçuşunun ilkin mərhələsi uğurla başa çatdı

Uçan taksinin test uçuşunun ilkin mərhələsi uğurla başa çatdı
31 Okt 2019 09:05

Almaniyanın Münhen mərkəzli uçan taksi təşəbbüsçüsü "Lilium" şirkəti inkişaf etdirdiyi şaquli eniş və qalxış edə bilən elektrikli uçan taksisinin test uçuşunun ilkin mərhələsini başa çatdırıb.

Beş nəfərlik uçan taksinin test uçuşunun ilkin mərhələsi saatda 100 km-dən artıq sürətə çataraq tamamlanıb.

Realpress.az chip.az-a istinadən bildirir ki, Almaniya inkişaf etdirməkdə olduğu uçan taksini 2025-ci ildə böyük şəhərlərdə istifadə etməyi planlaşdırır. Uçuşların müvəffəqiyyətlə həyata keçirilməsi istehsal gücünün artırılmasına təşviq edir.

350 əməkdaşı olan "Lilium" şirkəti tərəfindən Münhen yaxınlığında ikinci zavodunu quraraq 2025-ci ilə qədər 500 yeni məşğulluq yeri yaradılacağı da qeyd olunub.

Sözügedən uçan taksinin qanadlarında 36 ədəd elektrikli mühərrik var. Uçan taksi tam uçuşa hazır olduğu zaman sürəti saatda 300 km.-ə çatacaq.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.