Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver” - VİDEO

Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver” - VİDEO
29 Okt 2019 17:30


Nə qədər ki, “məmur-oliqarx-biznes” söhbəti var, Azərbaycanda inhisarçılıq ləğv olunan deyil.

Realpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “İctimai” televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində deyib.

Deputat bizneslə məşğul olan məmurlar barədə danışıb.

“Əgər sən məmursansa, icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına dolanmalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, o zaman istefa ver və get biznesə”, - deyə V.Əhmədov əlavə edib.

V.Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir.

Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyini də toxunub. V.Əhmədov əlavə edib ki, məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar.

“Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənəd hazırlansın... Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir. Çünki bu bəyannamə ortaya çıxsa, məmurdan soruşarlar: Sən öz biznesin üçün bu qədər pulu haradan almısan?

İndi tutaq ki, bunlar qazanıblar. Bu insanlar onsuz da bu pulu qazanıblar, onları geri almaq mümkün deyil. Biz deyirik ki, gəlin maliyyə amnistisiyası verilməlidir ki, onlar həmin vəsaitin bir hissəsini Azərbaycanda investisiya qoysunlar”.

 Komitə üzvü deyib ki, ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır.

“Kim desə ki, Azərbaycanda inhisarçılıq yoxdur, onlar haqlı deyil. Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir.

Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazarlardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə, o zaman qiymətlər xeyli aşağı düşər”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.