Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - MÜSAHİBƏ

Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - MÜSAHİBƏ
29 Okt 2019 14:55

Realpress.az ölkə.az-a istinadən bu gün həbsdən çıxan Fədayə Laçın müsahibəsini təqdim edir:


- Bacınız İlahə Fəda bildirmişdi ki, bu son iki gün geridə qalan iki ildən daha ağır keçdi.

- Son iki gündə çox həyəcanlı idim. Heç beş il cəza alanda bu qədər həyəcanlı olmamışdım. Amma son günlərdə mənimlə birlikdə saxlanılan qadınlar da yatmırdılar, saatları sayırdılar. Çox şükür ki ailəmə qovuşdum, sənətimə də qovuşacağam. Çox sevincliyəm. Nə deyə bilərəm ki? Gələnlər var, dostlar, jurnalistlər burdadırlar. Bu dəqiqə nə baş verdiyini, hansı hissləri keçirdiyimi anlamıram. 

- Buna həyatınızın ən sevincli günü deyə bilərikmi?

- Əlbəttə, bundan sevincli günüm ola bilməz. Allah cəmi dustaqlara, azadlıq arzusunda olanlara bu günü qismət etsin.  

- Yəqin ki, haqqınızda yazılanlar qulağınıza çatırdı...

- Bəli, az-çox eşidirdim. Mənə böyük dəstək olduğundan xəbərdaram. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ailəmə istər maddi, istər mənəvi çox dəstək oldular. Tanımadığım insanlardann dəstək gördüm. 

- Bildiyimə görə, noyabr ayı üçün toylara dəvətləriniz var.

- Bəli, bacıma zəng vurub deyiblər. O da deyib ki, Fədayə çıxsın, özüylə danışın. Əslində, oxumaq üçün ürəyim də partlayır. Amma istirahət etmək də istəyirəm. Kütlə qarşısında, sevənlərim üçün oxumaq istəyirəm. Ailəmlə bir az vaxt keçirdikdən sonra səhnəyə qayıdacağam.

- Sosial şəbəkələrdə ən çox verilən bir sual var. Sevdiyiniz insanın məzarını ziyarət edəcəksinizmi?


- Mən o barədə danışmaq istəmirəm.

25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.