Mikayıl Cabbarov kollektivə təqdim olundu

Mikayıl Cabbarov kollektivə təqdim olundu
28 Okt 2019 12:04


Bu gün Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov kollektivə təqdim olunub.

realpress.az-ın məlumatına görə, yeni naziri kollektivə Baş nazir Əli Əsədov təqdim edib.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1995-ci ildə bank sektorunda fəaliyyətə başlayıb. 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb.

2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il isə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.

Yeni İqtisadiyyat naziri 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə, 2013-cü ildə təhsil naziri, 2017-ci ildə isə Vergilər naziri vəzifəsinə təyinat alıb. 

İlham Əliyevin 2019-cu il, 9 fevral sərəncamı isə ona 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.