“Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı 2020-ci ilin 5-7 iyununda baş tutacaq konsert proqramları qapalı məkanda keçirilməyəcək.
realpress.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib:
“Üç günlük konsert proqramımız açıq havada keçiriləcək”.
Qeyd edək ki, son iki ildə “Formula 1” Azərbaycan Qran-Prisinin konsertləri “Bakı Kristal Zalı”nda keçirilirdi.
Daha sonra o, yeni sponsorla bağlı danışıqlardan bəhs edib: “SOCAR-la anlaşmamız bir illik idi. Onlarla müqaviləmiz başa çatıb. Sentyabrdan yeni titul sponsoru üçün şirkətlərlə danışıqlara başlamışıq. Builki Qran-Pri üçün sponsorumuz ola da bilər, olmaya da”.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.